Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AccessBank”ın humanitar yardım aksiyası davam edir - BBN

“AccessBank”ın humanitar yardım aksiyası davam edir

“AccessBank” Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədar olaraq ön cəbhədə vuruşan, həmçinin əməliyyatlar zamanı yaralanmış və xəsarət almış hərbiçi və dinc sakinlərə humanitar yardımlar göndərməyə davam edir. Növbəti yardım paketinə isti və xüsusi geyimlər, tibbi ləvazimatlar və gigiyenik vasitələr daxildir. Bank yardım kampaniyasını Qarabağda sülh bərqərar olanadək davam etdirəcək.

Bundan başqa, korporativ sosial məsuliyyət prinsipinə sadiq qalaraq, “AccessBank”ın əməkdaşlarının təşəbbüsü ilə Bank daxilində “Əsgərə sovqat” kampaniyasına da başlanılıb. Kampaniya çərçivəsində Bankın giriş və çıxışlarında əsgərlərə göndərmək üçün nəzərdə tutulmuş qutular yerləşdirilib. Bank əməkdaşları şəxsi istəkləri ilə aldıqları sovqatları və əsgərlərə yazdıqları məktubları bura təhvil verə bilərlər. Qutular mütəmadi olaraq cəbhəyə göndərilir.

Related posts

Xalis mənfəətə görə bankların – RENKİNQİ

Aktivlərin həcminə görə bankların – RENKİNQİ

Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib.

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı