Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müəyyənləşib

Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müəyyənləşib. Belə ki, bu məbləğ Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.

 Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısının növləri üzrə aşağıdakı məbləğdə hesablanır:

 

Sıra nömrəsi

 

Reklam daşıyıcısının növü

Reklam yayımına

görə haqq (manatla,

ƏDV-siz)

3.1.1. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) 17,0
3.1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) 12,0
3.1.3. Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:  
 1. roller 10,0
 2. prizmatron və s. 6,0
3.1.4. Hərəkətsiz daşıyıcılar:  
 1. transparant 7,0
 2. ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş  terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) 6,0
 3. bilbord, meqabord 5,0
 4. kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) 2,5

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ, reklam yayımı zonalarından, Bakı şəhəri üzrə isə həmçinin reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq aşağıdakı əmsallara vurulur:

3.2.1. Bakı şəhəri üzrə:

Zona Kateqoriya Əmsal
A 1 5
2 4
3 3,4
B 1 2,9
2 2,5
3 2,1
C 1 1,8
2 1,5
3 1,3

3.2.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə:

Zona Əmsal
A 1
B 0,8
C 0,6

3.2.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə əmsal – 0,6;

3.2.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal – 0,5.

3.3. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə haqq onun ümumi ölçüsünə uyğun ödənilir.

Qeyd edək ki, daha ətraflı məlumat almaq üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır