Activision Blizzard-ın keçmiş baş direktoru TikTok-u satın almaq istəyir

Bu yaxınlarda ABŞ-ın qadağası ilə üzləşən TikTok-un sonunun necə olacağı sual atındaykən, Actisivion Blizzard-ın keçmiş baş direktoru Bobby Kotick TikTok-u almağı planlaşdırır.

ABŞ-da qanun layihəsi TikTok-u qadağan etməklə hədələyir. Bundan əlavə, başqa bir seçim isə platformanı ​satmaqdır.

BBN.az Wall Street Journal-ın əldə etdiyi məlumata görə xəbər verir ki, Kotick belə bir satınalma ideyasını keçən həftə OpenAI-nin baş direktoru Sam Altman və onunla birlikdə oturan digərləri ilə şam yeməyində irəli sürdü. İddia olunurdu ki, Kotick hətta OpenAI-nin baş direktoru Altmana və bəzi mühüm adlara belə bir satınalmada ortaqlıq təklif edib.

Kotick-in TikTok-a marağı, keçən həftə “Amerikalıları Xarici Düşmən Nəzarətli Tətbiqlərdən Qoruma Aktı” adlı qanun layihəsinin təqdim edilməsindən sonra platforma üçün qarışıq bir vaxta təsadüf edir. Prezident Bidenin qəbul ediləcəyi təqdirdə imzalayacağını söylədiyi qanun layihəsinə əsasən, TikTok-un Çində yerləşən ana şirkəti ByteDance proqramı altı ay ərzində satmalıdır. Əks halda, o, ABŞ tətbiq mağazalarında qadağan olunacaq.

TikTok qadağadan narahat olmağa başlayib, buna görə də ötən həftələrdə maraqlı bir addım atıb. İstifadəçilərin telefonlarında “TikTok-u bağlamağı dayandırın”. Şirkət, bu bildirişlə, platformanın bağlanmasının qarşısını almaq üçün insanlardan kömək istəyib.

Related posts

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

“Tesla” səhmləri ucuzlaşmaqda davam edir

Albaniya hakimiyyəti ölkədə “TikTok” platformasını bağlayacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı