ADB Azərbaycan üçün inflyasiya proqnozunu dəyişməz saxlayıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını gözləyir.

BBN.az xəbər verir ki, bankın sentyabr icmalında təqdim edilən bu proqnozlar aprel ayında açıqlanan göstəricilərlə eyni qalır.

Azərbaycan hökumətinin hesablamalarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2025-ci ildə isə 4,3 % olacaq. Mərkəzi Bankın iyul ayı proqnozları daha yüksəkdir – 2024-cü il üzrə 5,7 %, 2026-cı il üçün isə təxminən 5,3 %.

Beynəlxalq təşkilatlar isə müxtəlif rəqəmlər açıqlayır. BMT bu il inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı isə 2025–2026-cı illərdə orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində qiymətləndirir. Fondun hesablamalarına görə, 2026-cı ildə bu göstərici 4,5 %, 2027–2029-cu illərdə isə 4 % olacaq.

Niderlandın ən iri maliyyə qurumlarından biri olan ING Group isə daha yüksək rəqəmlər açıqlayıb: 2025-ci ildə 5,5 %, 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 %.

Reytinq agentliklərindən “S&P Global” və “Moody’s” 2024-cü il üzrə orta illik inflyasiyanı 4 %, 2025-ci il üzrə isə 3 % səviyyəsində görürlər. “Fitch Ratings” isə Azərbaycanda inflyasiyanı 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % olub. 2025-ci ilin yanvar–avqust aylarında isə bu göstərici 5,6 % təşkil edib.

Related posts

Sahibkarların müraciətləri dinlənilib

Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı

Qızıl bahalaşır, əmlak stabil qalır: Gələn il nə almaq sərfəlidir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı