ADİF-dən bağlanan bankların kompensasiya ödənişi ilə bağlı-AÇIQLAMA

Əmanətlərin Sığortalanması Fondunun məlumatına əsasən,  16 avqust 2016-cı il tarixi “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi  baş verdiyi gündən 7 təqvim günü ərzində “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır