ADİF-in rəhbərliyində dəyişiklik olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Himayəçilər Şurasının (HŞ) tərkibində dəyişiklik olub.

Məlumata görə, HŞ-nın üzvü, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Elmir Həbibullayev Fondun rəhbərliyindən kənarlaşdırılıb. Onun yerinə adı çəkilən Bankın İH-nin sədri vəzifəsini müvəqqəti icra edən Xalid Əhədov seçilib.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır