ADİF ötən ili zərərlə başa vurub

Əmanətlərin Sığortalanması Fondu-nun 2016-cı il üzrə maliyyə göstəriciləri açıqlanıb. Belə ki, fondun cəmi aktivləri hesabat dövründən əvvəlki il ilə müqayisədə 35 % azalaraq 87 milyon 462 min 858 manat təşkil edib.

Hesabat dövründə qurumun öhdəlikləri 2015 ci il ilə müqayisədə 3, 7 dəfə artaraq 594 milyon 919 min 142 manata çatıb. Sığorta ehtiyatları isə 20 dəfə artaraq 507 milyon 456 min 284 manat təşkil edib.

2016-cı ildə ADİF-in topladığı sığorta haqları 26 milyon 475 min 850 manat , maliyyə gəlirləri isə 3 milyon 961 min 329 manat olub.

Fond 2016-cı ildə 482 milyon 561 min 47 manat zərər edib. Qeyd edək ki, ADİF 2015-ci ildə 4.3 dəfə az , 112 milyon 457 min 255 manat zərər açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır