Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ADY tarixində ilk dəfə qadın maşinistlər hazırlanır - BBN

ADY tarixində ilk dəfə qadın maşinistlər hazırlanır

“Azərbaycan Dəmir Yolları” QSC ilk dəfə qadın maşinistlər hazırlayacaq.

BBN.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində stansiya növbətçisi ixtisasında təhsil alan qadın tələbələr ADY-də xüsusi təlimlərdən keçəcəklər. Təlimlərdən sonra müvafiq imtahanı uğurla başa vuranlar dəmiryol nəqliyyatının idarə edilməsi üçün vəsiqə qazanacaqlar.

Peşə Təhsil Mərkəzinin bir qrup tələbəsi artıq Bakı Dəmiryol Vağzalında müasir sürət qatarlarının idarə edilməsi ilə yaxından tanış olub, burada ADY mentorları ilə söhbət aparıblar. Tələbə Ağsənəm Məmmədova bildirib ki, ən böyük arzularından biri Azərbaycan dəmir yollarında ilk qadın maşinist olmaqdır.

Tələbələrin ilkin olaraq istehsalat təcrübəsinə cəlb olunması nəzərdə tutulur.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı