“AFB BANK” ASC marketinq agentliyi xidmətlərinin satın alınması üzrə tender elan edib

“AFB BANK” ASC marketinq agentliyi xidmətlərinin satın alınması ilə bağlı tender elan edib. Tenderin elan tarixi 17 dekabr 2025-ci ildir.

Tenderdə iştirak üçün sənədlərin qəbulu 26 dekabr 2025-ci il, tender təkliflərinin son təqdimetmə tarixi isə 9 yanvar 2026-cı il müəyyən edilib.

Tenderdə iştirak üçün tələb olunan sənədlər

Tenderdə iştirak etmək istəyən şirkətlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

  • Tender təklifi (təklif tender zərflərinin açıldığı tarixdən sonra azı 30 iş günü qüvvədə olmalıdır);

  • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

  • Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq vergi orqanından arayış;

  • Son bir il üzrə (və ya fəaliyyət müddəti daha azdırsa, bütün dövr üzrə) maliyyə vəziyyəti haqqında bank arayışı.

Göstəriləcək xidmətlər

Copywriting və kommunikasiya

  • SMM postları üçün reklam xarakterli mətnlərin hazırlanması;

  • Bayram və əlamətdar günlər üçün təbrik məzmunlarının yazılması;

  • Kampaniyalar üçün kreativ ad və sloqanların təklif edilməsi;

  • Vebsayt üçün mətnlərin yazılması və yenilənməsi;

  • Story və TikTok üçün kreativ video kontent ideyalarının hazırlanması;

  • Reklam məqsədli push və SMS mətnlərinin yazılması;

  • Radio reklamları üçün səsləndirmə mətnləri;

  • Reklam filmləri üçün ssenarilərin hazırlanması.

Dizayn işləri

  • Sosial media üçün aylıq minimum 12 post dizaynı (statik və dinamik);

  • Sosial media postlarının bütün adaptasiyalarının hazırlanması;

  • Çap məhsullarının dizaynı (leaflet, buklet, poster, açıqca və s.).

Foto və video istehsalı

  • Ayda minimum 4 dəfə brendə uyğun foto çəkilişlərin həyata keçirilməsi;

  • Ayda 4 ədəd qısa video kontentin (Reels və s.) hazırlanması;

  • Animasiya və motion dizayn çarxlarının hazırlanması.

Digər kreativ və marketinq xidmətləri

  • Özəl günlər üçün brendinq olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi;

  • Bazar trendlərinin izlənilməsi və əsaslandırılmış təkliflərin təqdim edilməsi;

  • Böhran vəziyyətlərinin analizi və kommunikasiya strategiyasının hazırlanması;

  • Bayram və özəl günlər üçün xüsusi kampaniya və kommunikasiya planlarının hazırlanması;

  • Sosial media hesablarının idarə olunması və təhlükəsizlik tədbirlərinə nəzarət;

  • Səhifə statistikasının artırılması üçün strategiyaların hazırlanması və icrası;

  • Müsabiqə, giveaway və digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin edilməsi;

  • Blogger və influencerlərlə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması;

  • Həftəlik və aylıq analitik hesabatların hazırlanması;

  • Aylıq sosial media post planının tərtibi;

  • Məhsul və kampaniyalar üzrə kommunikasiya planlarının hazırlanması;

  • Rəqiblərin analizi və hesabatların təqdim edilməsi.

Qeyd edilib ki, qiymətlər xidmət bəndləri üzrə ayrıca göstərilməlidir.

Tenderin şərtləri

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli valyutasında aparılacaq. Xidmətlər üçün təsdiq ediləcək məbləğ hər ay təhvil-təslim sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.

Tenderdə iştirak etmək istəyən şirkətlər tələb olunan sənədləri 26 dekabr 2025-ci il, qiymət təkliflərini isə 9 yanvar 2026-cı il tarixinədək qapalı zərfdə poçt vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov prospekti 206/466 ünvanına göndərməlidirlər.

Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27 dekabr 2025-ci il tarixində əsas şərtlər toplusu və əlavə məlumatlar təqdim olunacaq.

Əlavə suallarla bağlı vusal.mehdiyev@afb.az elektron poçt ünvanına müraciət etmək və ya Vüsal Mehdiyev (050 290 10 66) ilə əlaqə saxlamaq mümkündür.

Related posts

Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi

Azərbaycanda bank sektoru 25% kiçildi, kreditləşmə iki dəfə artdı – region üçün maliyyə uğurunun analizi

Dünyanın aparıcı mərkəzi bank rəhbərləri Tramp ilə qarşıdurmada Fed sədri Cerom Pauelli dəstəkləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı