Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! - BBN

AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı!

AFB Bank sahibkarların inkişafını dəstəkləmək məqsədilə mikro və aqro kreditlər üzrə daha geniş və əlverişli maliyyə imkanlarını təqdim edir. Yeni şərtlər çərçivəsində biznes sahibləri 500 AZN-dən 200 000 AZN-dək kredit əldə edə bilərlər.

Kreditlər illik 15%-dən başlayan faiz dərəcəsi ilə təklif olunur. Maksimal məbləğin 200 000 AZN-ə qədər artırılması sahibkarlara bizneslərini böyütmək, yeni investisiyalar etmək və fəaliyyətlərini daha dayanıqlı qurmaq üçün əlavə imkanlar yaradır.

Əsas üstünlüklər:

  • Məbləğ: 500 – 200 000 AZN
  • Faiz dərəcəsi: 15%-dən başlayaraq
  • 100 000 AZN-dək girovsuz kredit imkanı
  • Çevik yanaşma və operativ baxılma prosesi

Xüsusilə diqqətçəkən məqam isə 100 000 AZN-dək məbləğin girovsuz təqdim olunmasıdır. Bu üstünlük kiçik və orta biznes subyektləri üçün maliyyə əlçatanlığını artırır, vəsaitin daha sürətli və rahat əldə edilməsinə şərait yaradır.

Mikro və aqro kreditlər:

  • Dövriyyə kapitalının artırılması
  • Biznesin genişləndirilməsi
  • Yeni layihələrin maliyyələşdirilməsi
  • Kənd təsərrüfatı fəaliyyətinin inkişafı

üçün nəzərdə tutulub.

AFB Bank-ın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik, sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib.

Hazırda AFB Bank ölkə üzrə 8 filial və 4 şöbə olmaqla 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.

Ətraflı məlumat və müraciət üçün AFB Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Related posts

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsində iştirak imkanları genişlənir

Azərbaycanda “Bank Nəzarəti Strategiyası” təsdiqlənib

ABŞ bankları üçün böyük dönüş: yeni Basel qaydaları kapital tələblərini azalda bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı