“AGBank”ın səmdarlarının sayı və payları dəyişib

“AGBank”ın nizamnamə kapitalının 77,2 milyon manat artırılaraq 102,2 milyon manata çatdırılmasından sonra bankın səhmdarlarının pay bölgüsü dəyişib.

Məlumata görə, “AGBank”ın əsas səhmdarı – bankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev kredit təşkilatındakı payını 23,27%-dən 31,68%-ə çatdırıb. Beynəlxalq Maliyyə Korporasiyanın bankdakı payı 17,5%-dən 4,28%-ə, “Kazimir Partners” şirkətinin payı 10%-dən 2,45%-ə, Fərzulla Yusufovun payı 17,76%-dən 5,79%-ə qədər azaldılıb.

“AGBank”da yeni səhmdar da var – Bu, Marçenko Qriqoriydir. O, bankın səhmlərinin 8,3%-nə sahib olub.

Digər 80 səhmdar isə “AGBank”da 47,5% paya malikdir.

Daha bir dəyişiklik isə bankın səhmdarlarının sayının 64-dən 85-ə çatmasıdır.

Mənbə: Fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır