Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi çərçivəsində Ağcabədi rayonunda vətəndaşların səyyar qəbulu təşkil olunub. Qəbul zamanı Mərkəzi Bank əməkdaşları tərəfindən vətəndaşların müraciətləri cavablandırılıb, əlavə araşdırma tələb edən məqamlara dair yazılı müraciətlərin hazırlanmasına dəstək göstərilib.