Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb - BBN

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında ilk dəfə məhsul ixracına başlanılıb.

Belə ki, Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Gürcüstana divar kağızları ixrac edilib. Hazırda şirkət tərəfindən digər ölkələrə məhsul ixracı ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən Sənaye Parkında ümumilikdə, 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.

Related posts

QLOBAL İQTİSADİYYATIN “QARA BULUDLARI”: BVF və Dünya Bankının iclaslarına müharibə kölgəsi düşdü!

YAPONİYA BANKI ÜÇÜN “İRAN” TƏLƏSİ: Faiz artımı planları alt-üst oldu!

NEFT BAZARINDA “TRAMP” FIRTINASI: Qiymətlər 100 dolları ötdü, dünya şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı