Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Agentlik tərəfindən Universitetlərin Karyera Mərkəzlərinin fəaliyyətinin monitorinqinə başlanılıb - BBN

Agentlik tərəfindən Universitetlərin Karyera Mərkəzlərinin fəaliyyətinin monitorinqinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən universitetlərin Karyera Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı yeni mexanizm formalaşdırılıb. Mexanizm özündə aktiv qiymətləndirmə, monitorinq və tövsiyə paketini birləşdirir.

Mexanizm ilkin olaraq Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzlərində tətbiq edilib. Belə ki, həmin universitetlərin Karyera Mərkəzləri müvafiq mexanizmlə diaqnostikadan keçirilib və Mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tövsiyə sənədi hazırlanıb. Məqsəd Karyera Mərkəzlərinin fəaliyyətinin güclənməsi və çatışmazlıqların aradan qaldırılmasıdır.

Növbəti mərhələdə mexanizmin digər universitetlərin Karyera Mərkəzlərində də tətbiqi və diaqnostikadan uğurla keçən universitetlərə Agentlik tərəfindən rəsmi nişanlı sertifikasiya sənədinin təqdim edilməsi nəzərdə tutulub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı