Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirmə metodunun tətbiqinə start verilib - BBN

“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirmə metodunun tətbiqinə start verilib

Azərbaycanda ilk olaraq “SOCAR Polymer” şirkətində “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirmə metodunun tətbiqinə başlanılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ölkəmizdə fəaliyyət göstərən şirkət və müəssisələrdə rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

4SİM ilə Dünya İqtisadi Forumunun Türkiyə Respublikasındakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə ev sahibliyi edən Türkiyə Metal Sənayeçilər Birliyi (MESS) arasında imzalanmış Anlaşma Memorandumunda müəyyənləşdirilmiş istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində dövlət qurumları və özəl müəssisələrdə “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsinin tətbiqinə start verilib. Bu qiymətləndirmə metodunun “SOCAR Polymer” şirkətində tətbiqi ilə bağlı 4SİM və bu şirkət arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Ölkəmizdə ilk olaraq tətbiq olunacaq bu xidmət çərçivəsində “SOCAR Polymer” şirkətinin istehsalat və biznes proseslərinin, eləcə də müxtəlif məlumatların təhlili aparılacaq, şirkətin rəqəmsal hazırlıq və Sənaye 4.0 üzrə mövcud vəziyyətinə dair hesabat, eləcə də smart transformasiya sahəsində növbəti 2-3 il ərzində inkişaf üzrə yol xəritəsi hazırlanacaq.

“SOCAR Polymer” şirkətində “SIRI” qiymətləndirməsi prosedurlarına aprelin 24-də başlanılıb.

Qeyd: Qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə “McKinsey”, “Siemens”, “SAP”, “Technical Inspection Association” kimi beynəlxalq şirkətlərlə birlikdə Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən tərtib edilən “SIRI” qiymətləndirməsi Dünya İqtisadi Forumu tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə rəqəmsal yetkinliyin qiymətləndirilməsi metodudur və bu metod bu günə qədər dünyanın 30 ölkəsində fərqli sahələrdə fəaliyyət göstərən 850-dən artıq şirkət və müəssisələrdə tətbiq olunub.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı