Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək

Sentyabrın 27-də Brüsseldə Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, oktyabrın ikinci yarısında isə təhlükəsizlik və insan hüquqları üzrə alt komitənin iclası olacaq: “Enerji məsələləri üzrə alt komitənin iclasının tarixi “Şərq Tərəfdaşlığı” sammitinə hazırlığa görə hələlik dəqiqləşməyib. Düşünmürəm ki, sammitə qədər iclas keçirilsin. Hələlik alt komitələrin iclasları Brüsseldə keçirilir, ona görə də onların təkliflərini gözləyirik. Biz də bunlarla bağlı öz fikirlərimizi bildiririk”.

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır