Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ investisiya cəlb etmək üçün tənzimləyici qanunlar tətbiq edir - BBN

Aİ investisiya cəlb etmək üçün tənzimləyici qanunlar tətbiq edir

BBN.az Bloomberht Türkiyə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) sərmayələri artırmaq və kapital bazarını stimullaşdırmaq məqsədiylə vergitutulma sistemini yeniləməyə hazırlaşır. İkiqat vergitutmanın qarşısını alan qanun layihəsi ilə artıq ödənilmiş vergilər 50 gün ərzində geri qaytarılacaq.

Aİ Komissiyası, vergi tutma prosedurlarını daha effektiv və təhlükəsiz etmək üçün hazırladığı yeni qaydaları ehtiva edən tənzimləmə təklifini açıqladı.

Müvafiq olaraq, Aİ rəqəmsal vergi idarəsinin birgə sertifikatı hazırlanacaq. Bu sertifikatla vergi tutmalarının azaldılması əməliyyatları daha sürətli və səmərəli həyata keçiriləcək.

Bir neçə Aİ ölkəsində investisiya portfeli olan şəxslər eyni təqvim ili ərzində bir neçə gəliri geri almaq üçün yalnız bir rəqəmsal vergi rezidentliyi sertifikatından istifadə edəcəklər.

Aİ ölkələri arasında fərqli olan vergi tutma prosedurları standartlaşdırılacaq. Üzv ölkələr iki vergi tutma sistemi arasında seçim edəcəklər.

Related posts

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

Tramp administrasiyası 16 ticarət tərəfdaşı ilə bağlı araşdırmalara başlayıb

Ağ Ev: Neft qiymətlərindəki artım müvəqqətidi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı