Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ-nin yanacaq xərcləri 13 milyard avro artıb - BBN

Aİ-nin yanacaq xərcləri 13 milyard avro artıb

ABŞ-İsrail arasında İrana qarşı hərbi əməliyyatın başlamasından bəri Aİ ölkələrinin yanacaq  xərcləri 13 milyard avro artıb.

BBN.az xəbər verir ki, bu barədə bu barədə Euractiv onlayn portalı Avropa İttifaqının enerji komissarı Den Yorgensenin Aİ üzv dövlətlərinin müvafiq nazirlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

31 martda keçirilməsi planlaşdırılan Aİ enerji nazirlərinin təcili videokonfransından əvvəl göndərilən sənəddə deyilir: “28 günlük döyüşlər zamanı Aİ-nin təbii enerji idxalına görə xərci 13 milyard avro artıb”.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen əvvəllər açıq şəkildə bildirib ki, Aİ daxilində enerji kəsintiləri təhlükəsi olsa belə, Komissiya Aİ ölkələrinə Rusiya ehtiyatlarını almağa icazə verməyəcək. Yorgensen öz növbəsində Aİ ölkələrinin artıq bir dənə də olsun Rusiya yanacağı molekulu idxal etməməli olduqlarını bəyan edib.

Related posts

“Apple” 516 min dollar cərimələnib

“Bitcoin”in qiyməti bahalaşıb

Almaniyada inflyasiya yenidən artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı