Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ Rusiyaya maliyyə təzyiqi tətbiq edir - BBN

Aİ Rusiyaya maliyyə təzyiqi tətbiq edir

Aİ Rusiyaya maliyyə təzyiqi tətbiq edir: Aktivlər qeyri-müəyyən müddətə dondurulub.

BBN.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya məxsus təxminən 210 milyard avro dəyərində vəsaitin müddətsiz olaraq dondurulması barədə qərar qəbul ediblər.

Aİ Şurası tərəfindən yayımlanan açıqlamada bildirilib ki, üzv ölkələr Rusiya Mərkəzi Bankının Aİ ərazisində dondurulmuş aktivlərinin geri qaytarılmasının qadağan edilməsi barədə qərar veriblər.

Açıqlamada qeyd olunub ki, bu qərar Aİ iqtisadiyyatına dəyəcək mümkün zərərlərin məhdudlaşdırılması məqsədilə təcili şəkildə qəbul edilib. Həmçinin vurğulanıb ki, qadağa tətbiq olunmadığı təqdirdə, bu vəsaitlər Rusiya tərəfindən Ukraynaya qarşı aparılan müharibənin maliyyələşdirilməsində istifadə oluna bilərdi və bu da Aİ və üzv ölkələrin iqtisadiyyatları üçün ciddi nəticələr yarada bilərdi.

Qəbul edilən tənzimləmə çərçivəsində, Rusiya Mərkəzi Bankının və ya bu qurumun göstərişləri əsasında fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanın aktiv və ehtiyatlarının köçürülməsi qadağan edilib. Açıqlamada əlavə olunub ki, Rusiyanın Aİ iqtisadiyyatına yönəlik təhdidi davam etdiyi müddətdə bu tədbirlər qüvvədə qalacaq.

Related posts

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı