Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ: Rusiyaya qarşı 20-ci sanksiya paketi tezliklə tətbiq olunaca - BBN

Aİ: Rusiyaya qarşı 20-ci sanksiya paketi tezliklə tətbiq olunaca

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı 20-ci sanksiya paketini “çox yaxın zamanda” təqdim edəcəklərini açıqlayıb.

BBN.az xəbər verir ki, Ursula fon der Leyen sosial şəbəkə hesabında paylaşdığı məlumatda 4–5 fevral tarixlərində keçirilməsi planlaşdırılan sülh danışıqları ərəfəsində Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

Avropa İttifaqının Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayan Ursula fon der Lyayen qeyd edib: “Ukraynaya qarşı amansız müharibənin dördüncü ilinə yaxınlaşarkən Rusiya müharibə cinayətlərini ikiqat artırır, mülki infrastrukturu və yaşayış evlərini hədəf almaqda davam edir”.

Ursula fon der Leyen Vaşinqton və Kiyev ilə birlikdə Ukrayna üçün “rifah çərçivəsi”nin hazırlanması istiqamətində işlər gördüklərini də bildirib. Rusiyaya qarşı 20-ci sanksiya paketini “çox yaxın zamanda” təqdim edəcəklərini bir daha vurğulayan Ursula fon der Leyen əlavə edib: “Bu, Rusiyanı sülhə real niyyətlə danışıqlar masasına oturtmaq üçün təzyiqi artırmaq məqsədi daşıyır”.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Avropa Mərkəzi Bankı ardıcıl üçüncü ildir ki, zərər açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı