Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2026-cı ilin iyulunadək uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların müddətini 31 iyul 2026-cı ilədək uzadıb.

Sözügedən sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı təxribatçı, əsassız və qanunsuz hərbi təcavüzündən sonra əhəmiyyətli dərəcədə genişləndirilib.

Məlumata görə, məhdudiyyətlər ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar daxil olmaqla geniş spektrli sahələri əhatə edir.

Sanksiyalar çərçivəsində həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə neft və bəzi neft məhsullarının idxalı və çatdırılması qadağan edilib, bir sıra Rusiya bankları “SWIFT” sistemindən ayrılıb, Kremlin bir neçə KİV-in isə Aİ ərazisində yayım fəaliyyəti və lisenziyaları dayandırılıb. Bundan əlavə, sanksiyalardan yayınmanın qarşısının alınması üçün xüsusi tədbirlər də nəzərdə tutulub.

Aİ Şurası vurğulayıb ki, Rusiya Federasiyası beynəlxalq hüququn fundamental normalarını pozmaqda davam etdiyi müddətdə sanksiyalar qüvvədə qalacaq.

Related posts

Aİ-də dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar səsvermə yolu ilə qəbul oluna bilər – Ursula fon der Lyayen

Milli Məclisin dekabrın 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Böyük Britaniya Rusiya neft-qaz şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı