Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ vahid bazarı gücləndirmək üçün yeni strategiyasını açıqlayıb - BBN

Aİ vahid bazarı gücləndirmək üçün yeni strategiyasını açıqlayıb

Avropa İttifaqı (Aİ), ticarət və investisiya sahələrindəki çətinlikləri aradan qaldırmaq, eləcə də iqtisadi fəaliyyətin canlanmasına mane olan baryerləri azaltmaq məqsədilə yeni strategiya hazırlayıb.

BBN.az xəbər verir ki, Aİ Komissiyası bu strategiya ilə həm 27 üzv dövləti, həm də Avropa İqtisadi Zonası çərçivəsindəki İslandiya, Lixtenşteyn və Norveçi, eləcə də sektorial razılaşmalarla vahid bazara daxil olan İsveçrəni əhatə edən hüquqi çərçivədə ortaq qayda və standartların tətbiqini daha səmərəli hala gətirməyi hədəfləyir.

Yeni strategiya çərçivəsində əsas diqqət, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) dəstək verməyə yönəlib. KOS-ların fəaliyyət imkanlarının artırılması və böyümələrinin təşviq edilməsi üçün yeni təşəbbüslər nəzərdə tutulur. Bununla yanaşı, müəssisələrin rəqəmsal transformasiyasına təkan veriləcək və mürəkkəb Aİ tənzimləmələri sadələşdirilərək biznes mühitinin daha əlçatan olması təmin ediləcək.

Peşə ixtisaslarının qarşılıqlı tanınması istiqamətində əlavə addımlar atılacaq, vahid bazar daxilində ortaq standartların tətbiq sahələri genişləndiriləcək. Həmçinin, üzv ölkələr arasında qablaşdırma qaydalarında mövcud uyğunsuzluqlar aradan qaldırılacaq, xidmət sahəsindəki tənzimləmə fərqləri isə minimuma endiriləcək.

Bu addımların məqsədi Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq və vahid bazar daxilində maneəsiz iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Related posts

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı