Aİ yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqı vergi dərəcələri aşağı olan və vergi limanlarının növbəti “qara siyahısına” düşəcəyi ehtimal edilən yurisdiksiyalar üçün dörd yeni sanksiya növünü nəzərdən keçirir.

Xatırladaq ki,  keçən ilin payızında Avropa Şurası 2017-ci ilin sonuna qədər vergi məsələləri ilə bağlı Aİ ilə əməkdaşlıq etmək istəməyən ölkələrin siyahısını tutmaq qərarına gəlmişdi.

“Bloomberg” agentliyinin məlumatına əsasən, Aİ-nin vergi limanlarına tətbiq etmək üçün nəzərdən keçirdiyi sanksiyalar bunlardır: vergiləri çıxmaq, xarici şirkətlərə nəzarət üçün yeni qaydalar müəyyənləşdirmək, royalti kimi çıxılan ödənişləri ləğv etmək, güzəştlərin məhddulaşdırılmasında iştirak etmək. Aİ-nin üzərində işlədiyi sxemə əsasən, ayrı-ayrı üzv dövlətlər aşağı vergi dərəcələri tətbiq edən eyni yurisdiksiyaya qarşı müxtəlif sanksiyaları tətbiq edə bilər.

Qeyd edək ki,  Aİ-nin sənədində vergiləri aşağı olan yurisdiksiyalara qarşı cəzanın üç variantı var : çevik yanaşma, sərt yanaşma və hərtərəfli yanaşma. Hazırda Aİ-nin vergi limanlarının “qara siyahısına”  daxil etmək üçün 92 ölkəni nəzərdən keçirdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır