Home » AİB-in missiyası ilə görüş keçirilib

AİB-in missiyası ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda satınalmalarla bağlı islahatlar – məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ölkəmizdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə AİB-in rolunu qeyd edib. Bildirilib ki, ötən il Azərbaycanda satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 95% təşkil edib və kotirovka sorğusu proseduru tam elektronlaşdırılıb.

Görüşdə “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması barədə müzakirələr aparılıb.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.