Home » AİB ekspertləri DVX əməkdaşlarına təlim keçib

AİB ekspertləri DVX əməkdaşlarına təlim keçib

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Asiya İnkişaf Bankının (AİB) Vergi İdarəsi tərəfindən “Nağdsız” Biznes Mühitində Vergidən Yayınma” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Vergi Xidmətinin audit strukturlarında çalışan bir sıra əməkdaşları iştirak edib.

AİB-in Vergi İdarəsi üzrə məsləhətçisi John Middleton “Hasilat və qeyri-hasilat sahələrində yayınma hallarını aşkar etmək üçün metodologiyalar” mövzusunda çıxış edib. Təlimin məqsədi orta və iri biznes meyarları üzrə tam və dəqiq maliyyə uçotunu aparan müəssisələrin vergiyə cəlb edilən mənfəətlərinin yayındıdılması metodlarını və  bu xüsusda Dövlət Vergi Xidmətinin auditorları tərəfindən vergidən yayınma hallarının müəyyənləşdirilməsi alətlərini göstərmək olub.

İştirakçılar beynəlxalq təcrübədə bəzi vergidən yayınma üsulları və onların praktikada istifadəsi ilə tanış olublar. Təlimdə saxta hesab-faktura, müştəri kredit qeydlərinin manipulyasiyası, ehtiyatlardan istifadə etməklə vəsaitlərin nağdlaşdırılması, mümkün biznes xərclərinin şişirdilməsi, vergiləri azaltmaqla biznesdən qeyri-rəsmi gəlir əldə etmə, rəsmi bizneslə yanaşı bəyan edilməmiş fəaliyyətin həyata keçirilməsi, eləcə də ticarətdə səhmlərin yanlış qiymətləndirilməsi ilə bağlı geniş məlumat verilib. Müzakirələr şəraitində keçən təlim zamanı orta və iri bizneslərdə nağd pul vəsaitlərinin qismən bəyan edilməsi ilə bağlı vergidən yayınma hallarının aşkarlanmsı və aradan qaldırılması yolları araşdırılıb, praktiki məsələlər həll olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.