AİF 100 mln. manatlıq istiqraz buraxır

08 sentyabr 2017-ci il tarixində BFB-də “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar   1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 16 avqust 2017-ci il tarixində qeydə alınmışdı. Emissiyanın ümumi həcmi 100 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi isə 3% təşkil edir.

Qeyd edək ki, baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır