Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AİH-də Asiya İnfrastruktur İnvestisiya Bankı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib - BBN

AİH-də Asiya İnfrastruktur İnvestisiya Bankı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin fəaliyyəti barədə AİİB-in nümayəndə heyətini məlumatlandıraraq,  onlar üçün maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılmasının və fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasında AİH – AİİB  birgə əməkdaşlıq perspektivləri, xarici investisiyaların cəlb edilməsi üçün potensial layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Related posts

Qızıl $5,000 səviyyəsindən aşağı düşdü

QIZIL $5200-DƏN AŞAĞI DÜŞDÜ – İRAN MÜHARİBƏSİ NEFTİ VƏ DOLLARI GÜCLƏNDİRDİ

Qızıl yeni rekorda yaxın: Yaxın Şərq müharibəsi və enerji böhranı bazarları silkələyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı