Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AİK “Könüllülər ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb - BBN

AİK “Könüllülər ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyi “Könüllülər ili” ilə əlaqədar görüşlərə başlayıb. Görüşdə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyinin regional nümayəndəliklərinin təmsilçiləri iştirak edib. Tədbirin məqsədi 2019-cu ildə görülən işləri qiymətləndirmək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, yeni layihə və təşəbbüsləri müzakirə etməkdir.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev ölkədə könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyllərini, bilik və bacarıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib və gəncləri bu istiqamətdə fəal olmağa çağırıb.

Tədbirdə çıxış edən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev təşkilatın yarandığı gündən indiyədək həyata keçirilən layihələr, ölkənin 50 regionunda fəaliyyət göstərən nümayəndəliklərin reallaşdırdığı tədbirlər barədə məlumat verib. Tədbirdə “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyət  ilə bağlı təqdimat keçirilib.

Daha sonra görüşdə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Könüllülər ili” ilə əlaqədar hazırlanan xüsusi tədbirlər planı açıqlanıb. Görüşdə həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzunmüddətli proqramların icrası və digər məsələlərlə bağlı təkliflər dinlənilib, bu istiqamətdə geniş müzakirələr aparılıb.

Tədbirin sonunda ötən il ərzində fəallığı ilə seçilən könüllülər təşəkkürnamə ilə təltif ediliblər. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı