Ajiotaj nədir?

Ajiotaj- mənfəət əldə etmək məqsədilə qiymətli kağızların məzənnəsinin, yaxud mallara olan tələbatın süni surətdə artırılmasına, yaxud aşağı salınmasına yönəlmiş hərəkətlər toplusudur.

Əvvəllər, ajiotaj termini möhtəkirliyin sinonimi kimi qəbul edilirdi və ajio nəticəsində qazanmaq üsulunu, yəni, qiymətli kağızların məzənnəsinin dəyişəcəyini – yüksələcəyini, yaxud enəcəyini qabaqcadan görmək və bundan faydalanmaq bacarığını ifadə edirdi. Möhtəkirlik kimi ajiotaj termini də heç bir təhqiredici məna daşımırdı.

Lakin, tezliklə ajiotaj yaradanlar başa düşdülər ki, məzənnənin yüksəlməsi, yaxud enməsi barədə uzaqgörənliklərini sübuta yetirmək üçün ən yaxşı yol bazarda gözlənilən enib-qalxmaları süni surətdə yarada bilən hərəkətlərdir. Bundan sonra (XVIII əsrdən başlayaraq) ajiotaj termini məhz bu qəbildən olan hərəkətləri ifadə etməyə başladı, halbuki, möhtəkirlik termininə əvvəlki kimi vicdanlı bəsirət mənası verilirdi. Bir qədər sonra (XIX əsrdə) ajiotaj və möhtəkirlik təqribən eyni məna daşımağa başladı.

Ajiotaj texnikası. Möhtəkirlər qiymətli kağızları (bir qayda olaraq, birjada satılan səhmləri) aşağı qiymətə aldıqdan sonra onun məzənnəsini süni surətdə şişirdərək ajiotaj yaradırlar. Məzənnənin bu cür şişirdilməsinə, yalan məlumatların yayılması, adamları işlərin həqiqətdə olduğundan yaxşı getdiyinə inandırmaq üçün dərc edilən, səhv statistika vasitəsilə nail olmaq mümkündür. XIX əsrdə mətbuatın yayılması, ajiotaj yaradanların ictimai rəyə təsir göstərmək üçün istifadə etdikləri vasitələr toplusunu zənginləşdirdi. Ajiotajın müvəffəqiyyəti, pul vəsaitləri toplamış, lakin informasiyası və kifayət qədər səriştəsi olmayan çoxsaylı şəxslərin qiymətli kağızlara olan potensial tələbatından asılıdır. Bu, həmçinin, ajiotaj yaradanlar arasında etibarlı razılaşmanın olmasını və qarşılıqlı yardım göstərilməsini nəzərd tutur.

Müasir dövrdə ajiotaj (yaxud möhtəkirlik) imkanları, informasiya vasitələrinin inkişafı və məlumatların keyfiyyətinin yüksəlməsi, hakimiyyət orqanlarının, qiymətli kağızlarla həyata keçirilən əməliyyatların, mənəvi məzmununun açıqlanması məqsədilə, həyata keçirdiyi tədbirlər, habelə kapital qoyuluşlarının kollektiv formalarının (imstitusional investorlar, sığorta şirkətləri, depozit kassaları, kollektiv portfellər və investisiya şirkətləri) əhəmiyyətinin artması nəticəsində məhdudlaşmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır