Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AKİA-dan fermerlərə çağırış: “Payızlıq əkinlər noyabrın sonunadək bəyan edilməlidir” - BBN

AKİA-dan fermerlərə çağırış: “Payızlıq əkinlər noyabrın sonunadək bəyan edilməlidir”

“Fermerlər öz payızlıq əkinləri barədə bəyanlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) nə qədər tez yerləşdirsələr, subsidiyaların ödənilməsi ilə bağlı prosedur bir o qədər sürətlə gedəcək”. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib.

Qeyd olunub ki, fermerlərin torpaq sənədləri sistemdə artıq hazırdır. EKTİS-də qeydiyyatdan keçmiş fermerlər eagro.az saytındakı şəxsi kabinetlərinə daxil olaraq bu payız mövsümündəki əkinlərini bəyan edə bilərlər. Qeydiyyatdan keçməyən fermerlər isə əvvlcə qeydiyyatdan keçib, daha sonra bu proseduru yerinə yetirməlidirlər. “Əkin bəyanları noyabrın sonlarınadək başa çatdırılmalıdır. Daha sonra bu bəyanlar əsasında fermerlər subsidiya məbləğlərini hesablayıb, subsidiya üçün müraciət etməlidir. Əkin bəyanını vaxtında etməyən fermer subsidiya üçün müraciət imkanını qaçıracaq” – deyə AKİA-dan qeyd ediblər.

İnternetə çıxışı olan fermerlər öz şəxsi kompüter və tabletlərindən istifadə etməklə, internetə çıxışı olmayan fermerlər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobuslarına müraciət edərək əkinlərini bəyan edə bilərlər. 

Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən fermerlər subsidiya üçün müraciəti EKTİS üzərindən onlayn qaydada edir və subsidiya vəsaitləri onların “Fermer Kartı”na köçürülür.  

Yeni subsidiya qaydaları əsasında 2019-2020-ci il payız əkinləri, 2020-ci il yaz əkinləri və çoxillik əkinlərə görə 407 mindən artıq fermerə 232 milyon manata yaxın subsidiya ödənilib. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı