AKİA dövlət dəstəyi mexanizmini həyata keçirmək üçün Aİ ölkələrinin təcrübəsindən faydalanacaq

Kənd Təsərrüfatı Nazirliyi Avropa İttifaqı (Aİ) ilə birgə “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” Tvinninq Layihəsinə başlayıb.

Layihənin əsas komponentləri kənd yerlərinin inkişafı və kənd təsərrüfatına dövlət dəstəyinin müəyyənləşdirilməsi, proqramlaşdırılması və idarə edilməsidir. 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə İtaliya, Polşa və Litvadan olan mütəxəssislər cəlb olunub.

“Kənd Təsərrüfatı Nazirliyi indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirib. 20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib. Əminik ki, yeni başlayan layihə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq”, – Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aİ-Azərbaycan Tvinninq Layihəsinin təqdimatında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır