Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AKİA ötən il aqrar sahəyə 112,4 mln. manat güzəştli kredit və lizinq ayırıb - BBN

AKİA ötən il aqrar sahəyə 112,4 mln. manat güzəştli kredit və lizinq ayırıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ötən il aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərə 112,4 milyon manat məbləğində güzəştli kredit və lizinq vəsaiti ayırıb.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında bildirilib.

Məlumata görə, agentlik müvəkkil kredit təşkilatları vasitəsilə daxil olmuş 5 444 müraciət üzrə maliyyə dəstəyi göstərib.

Hesabat ilində AKİA əkin sahələrinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 285,3 milyon manat subsidiya ödəyib. Bu çərçivədə 349,7 min fermerə 1 milyon 116,3 min hektar əsas əkin sahəsinə görə 277,4 milyon manat, 12,2 min fermerə 55,6 min hektar təkrar əkin sahəsinə görə 6,6 milyon manat subsidiya verilib. Bundan əlavə, 2023–2024-cü əkin ili üzrə 102 fermerə 820,15 hektar əsas əkin sahəsinə görə 1,3 milyon manat əkin subsidiyası ödənilib.

Eyni zamanda 14,8 min fermerə pambıq, tütün, şəkər çuğunduru, günəbaxan və qarğıdalı üzrə məhsul subsidiyası kimi 70,2 milyon manat vəsait ayrılıb. Həmçinin 140 toxum və ting istehsalçısına istehsal edib satdıqları birinci və ikinci reproduksiyalı toxum və tinglərə görə 5,6 milyon manat subsidiya verilib.

Bununla yanaşı, il ərzində 7 565 ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlığın alınmasının maliyyələşdirilməsi üçün 5 105 müraciət üzrə 94 milyon manat güzəştli vəsait ayrılıb. Bu texnikalara 63 kombayn, 1 813 traktor və 5 689 digər kənd təsərrüfatı texnikası daxildir.

Related posts

AMB rəsmisi: Maliyyə sektorunda tələb olunan bacarıqlar gələcəkdə daha mürəkkəb olacaq

Azərbaycanın sığorta sektoru ötən il 4 % böyüyüb

AMB ötən il 18,4 milyard manatlıq investisiya qiymətli kağızını qeydiyyata alıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı