AKİA tərəfindən banklar üçün yeni qiymətləndirmə sistemi hazırlanıb

Aqrar Kredit və İnkişaf Agentliyi banklara yeni kredit qiymətləndirmə sistemi təklif edəcək. Sistem Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.  

Bu gün Bakı Biznes Mərkəzində beynəlxalq təşkilatların, nazirliklərin, kredit təşkilatlarının və fermer nümayəndələrinin iştirakı ilə yeni sistem təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır