“Alfa Sığorta” Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının  İcbari Sığorta Bürosuna ünvanladığı 05 sentyabr 2016-ci il tarixli 04/08-66 saylı  məktubuna və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.1, 29.2-ci maddələrinə əsasən, “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 07 sentyabr 2016-ci il tarixindən İcbari Sığorta Bürosunun  iştirakçı sığortaçılarının və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların  reyestrlərindən çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır