Ali təhsil müəssisələrinin tələbələri ilə görüşlər keçirilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri ölkənin qabaqcıl ali təhsil müəssisələrindən olan ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşlər keçirib. Görüşlərdə Nazirliyin əməkdaşları tərəfindən dövlət qulluğuna qəbul prosesi və Nazirlik sistemində gənclər üçün karyera imkanları, eləcə də Nazirliyin strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Tələbələrin əldə etdikləri nəzəri biliklərin təcrübə ilə uzlaşdırılması imkanlarının genişləndirilməsi və Nazirlik sistemində olan karyera imkanları barədə onların məlumatlandırılması məqsədilə keçirilən görüşlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İnteraktiv formatda təşkil olunan və səmərəli keçən tədbirlər zamanı tələbələrin sualları cavablandırılıb və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət siyasətinin əsas prioritetlərindən olan rəqabətli insan kapitalının formalaşdırılması, gənclər üçün karyera imkanlarının yaradılması, Maliyyə Nazirliyinin kadr potensialının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi tələbələrdə böyük rəğbətlə qarşılanıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı