“Alibaba” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində “Alibaba” şirkətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə şirkətin ölkəmizlə biznes əlaqələrinin təşviqi, ixrac potensialı yüksək olan yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması və digər potensial əməkdaşlıq barədə səmərəli müzakirələr aparılıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin “Alibaba” şirkətinin qlobal strateji tərəfdaşlıq üzrə rəhbəri Tim Sonqla görüşüb.

Nazir müavini Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sahibkarlara göstərilən dəstək, eləcə də ixrac potensialı yüksək olan müəssisələr və strateji ixrac məhsulları, “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri barədə məlumat verib. “Alibaba” şirkəti ilə əməkdaşlığın və işgüzar dialoqun genişlənməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, AZPROMO ilə “Alibaba.com” arasında imzalanmış Anlaşma Memorandumu “Made in Azerbaijan” brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışının təmin edilməsinə töhfə verəcək.

Tim Sonq “Alibaba.com” elektron ticarət platformasının təqdim etdiyi imkanlar və üstünlükləri, həmçinin “Made in Azerbaijan” brendli məhsulların bu platformada satışının təşkili mexanizmləri ilə bağlı fikirlərini bölüşüb.

Tərəflər şirkətin ölkəmizlə biznes əlaqələrinin təşviqi, ixrac potensialı yüksək olan yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması, qabaqcıl təcrübənin tətbiqi və potensial əməkdaşlıq istiqamətləri barədə səmərəli müzakirələr aparıb.

Related posts

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun 16-cı illik yığıncağında İdarə Heyətinin Sədr müavini seçilib

Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və ekspertlərlə görüş keçirilib

Taleh Kazımov ABA Rəyasət Heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı