“Orta-ölçülü banklar rəqəmsal transformasiyaya investisiyalarını 2 dəfə artırıblar. Bu isə 1 milyard dollarlıq aktiv üçün 425.000 dollar deməkdir. Bu rəqəm isə daha öncəki 1 milyard dollarlıq aktiv üçün 200.000 dollardan yüksəlib”.
BBN.az Fintech sektoru ilə bağlı xəbərlərə istinadən bildirir ki, bu barədə rəqəmsal bankçılıq üzrə həllər təchizatçısı, ABŞ-da fəaliyyət göstərən “Alkami”nin “2023-cü il Rəqəmsal Bankçılıq Performansı Metrikləri” ilə bağlı yeni araşdırmasında qeyd edilib.
Eyni zamanda “Alkami” hesab sahiblərinin əsas rəqəmsal bankçılıq seçimlərindən istifadəni artırdıqlarını aşkar edib. Ümumilikdə isə hazırda 69% hesab sahibləri aktiv rəqəmsal bankçılıq xidmətlərindən istifadə edən müştərilərdir. Bu isə 2021-ci ildəki 67%-dən yüksəlib.