BBN.az xəbər verir ki, Azərbaycanın ən iri nəqliyyat şirkətlərindən biri olan “Alliance Logistics”də kadr dəyişiklikləri baş verib.
Şirkətə rəhbərlik edən Natiq Heydərovun yerinə Natiq Cəfərov təyin olunub.
N.Cəfərovun beynəlxalq logistika sahəsində 20 ildən artıq təcrübəsi var. Son illərdə o, “Alliance Multimodal” MMC-yə rəhbərlik edib və multimodal daşımalar sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib.
Qeyd edək ki, “Alliance Multimodal” “Alliance Logistics”in törəmə şirkətidir.