Alman bankı rəqəmsal ödənişləri kəskin artırmağı planlaşdırır

Almaniyanın nəhəng maliyyə insitutlarından olan “Deutsche Bank” daha bir satınalmaya imza atır. Belə ki, 22 milyard dollardan artıq bazar kapitalizasiyasına malik olan bank onlayn ödəniş platformalarında rəqabətliliyini artıra bilmək üçün “Better Payment” şirkətini satin alacağını açıqlayıb.

Berlin mərkəzli ödəniş texnologiyaları şirkətini satin almaqla, “Deutsche Bank” növbəti il ərzində onlayn ödənişlər platformasında yerini möhkəmləndirəcək və gəlirlərini xeyli artıracaq. Bununla yanaşı, “Better Payments” şirkətinin hal-hazırda müqavilə ilə xidmət göstərdiyi 1500 nəfərlik müştəri bazası da “Deutsche Bank”a yönləndiriləcək.

Satınalmanın məbləği hələ ki, açıqlanmasa da yaxın müddətdə həyata keçiriləcəyi proqnozlaşdırılır.

Related posts

Avrozonada işsizlik azalır

Böyük Britaniyanın əmək bazarı pisləşməyə davam edir

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı