Alman nəhəngi Türkiyədə öz şöbəsini açıb

Almaniyanın öndəgedən avtomobil istehsalçılarından olan “Volkswagen Group” Türkiyədə törəmə qurumunu təsis edib. “Volkswagen Turkey Avtomobil Sənaye və Ticarət Səhmdar Cəmiyyəti” adı altında fəaliyyət göstərəcək bu qurum ümumilikdə 943.5 milyon lirə (164.7 milyon dollar) həcmində kapitala malikdir.

Şirkət Manisa əyalətindəki yeni zavodunda avtomobil, yük maşını və digər nəqliyyat vasitələri ilə yanaşı, ehtiyat hissələrin və komponentlərin də istehsalı ilə məşğul olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır