Almaniya 65 milyard avroluq maliyyə paketi elan etdi: Enerji qiymətlərini nəzarətdə saxlayacaq

Almaniya hökuməti enerji qiymətlərinin yüksəlməsinin qarşısını almaq üçün 65 milyard avro, yaxud 56.2 milyard funt sterlinq dəyərində maliyyə paketinin ayrılmasını elan edib. Avropa Rusiyanın Ukraynanı işğal etməsindən sonra enerji təchizatı və qiymətləri ilə bağlı problemlər yaşayır. 

BBN.az BBC.com-a istinadən xəbər verir ki, maliyyə paketi 2 əvvəlkilərdən həcm baxımından daha böyükdür, bura ən həssas təbəqələrə birdəfəlik maliyyə ödənişləri və enerji tutumlu bizneslərə vergi güzəştləri daxildir. 

Almaniyanın Baş naziri Olaf Scholz jurnalistlərə açıqlamasında deyib ki, Rusiya artıq Almaniyanın etibarlı enerji partnyoru deyil və hökumət qışdan çıxacaq. 

O, qeyd edib ki, hökumət təqaüdçülərə, müavinət alanlara və tələbələrə birdəfəlik ödənişlər verəcək: “Həmçinin enerji qiymətlərində də limit olacaq”. 

Verilən məlumata, əsasən təxminən 9.000 enerji tutumlu bizneslər 1.7 milyard avro dəyərində vergi güzəştləri əldə edəcək. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı