Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Almaniya qış üçün enerjiyə qənaətlə bağlı tədbirlərini təsdiqlədi - BBN

Almaniya qış üçün enerjiyə qənaətlə bağlı tədbirlərini təsdiqlədi

Almaniya hökuməti qışda enerjiyə qənaətlə bağlı tədbirlərini təsdiqləyib və bu ölçülər ictimai yerlərdə işıqlandırma və isitməyə limit qoyacaq. 

BBN.az BBC.com-a istinadən xəbər verir ki, hökumətin məqsədi yeni qaydalar ilə təbii qazdan istifadəni 2% azaltmaqdır. Almaniyanın İqtisadiyyat naziri isə deyib ki, qaydalar 2 il ərzində şəxsi ev, şirkət, ictimai sektorlarda təxminən 10.8 milyard avro, yaxud 9.1 milyard funt sterlinqə qənaət edəcək. 

Hökumətin ərsəyə gətirdiyi yeni qaydalar Rusiyadan təbii qaz asılılığını azaltmağın cəhdlərindən biridir. Rusiya Ukraynanı işğal etməmişdən öncə Almaniya özünün 55% təbii qazını Rusiyadan alırdı. Lakin bu rəqəmi hazırda 35%-ə endirsə də, hökumətin planı təbii qaz idxalını tamamilə dayandırmaqdır.

Lakin bura Moskva üçün ən böyük bazar olaraq qalır, müharibənin ilk iki ayında Almaniya Rusiyaya aldığı təbii qaz və neftə görə 9 milyard avro, yaxud 7.7 milyard funt sterlinq (9.6 milyard dollar) ödəyib. 

Rusiya, həmçinin, Nordstream 1 kəməri vasitəsilə Almaniyaya təbii qaz axınının gücünü 20%-ə qədər azaldıb, bu isə qışda Rusiyanın axını tamamilə kəsməsi ilə bağlı qorxuları artırıb. 

Sentyabr ayından başlayaraq hospital kimi institutlar istisna olmaqla, ictimai binalarda istitmə maksimum 19°C olmalıdır. İstitmə giriş, dəhliz, foyelərdə ola bilər ki, tamamilə dayandırılsın. Biznes mərkəzlərin gecələri estetik məqsədlər üçün işıqlandırılmasına da qadağa qoyula bilər. Şəxsi hovuzlarda istismə də bura aid ola bilər.    

Bir çox Avropa İttifaqı ölkələri könüllü şəkildə bu qış təbii qaz istifadəsini 15%-ə qədər azaltmağı hədəfləyir, ehtiyatlarda kifayət qədər azalma olarsa, məcburi ola bilər. Üstəlik, İspaniya enerjiyə qənaət etmək üçün artıq bu tədbirləri həyata keçirir, məsələn, kondisionerlərdən istifadəyə, ictimai və böyük kommersiya binalarında isitməyə limit qoyub. 

Related posts

BVF Almaniya iqtisadiyyatı və borc əyləci islahatlarını təhlil edib

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı