Almaniyada inflyasiya Ukrayna müharibəsindən bu yana ilk dəfə ən aşağı səviyyədədir

Almaniya Federal Statistika İdarəsi (Destatis) sentyabr ayı üçün qiymət artımı ilə bağlı ilkin məlumatları açıqlayıb.

BBN.az xəbər verir ki, quruma görə Almaniyada avqust ayında  6,1 faiz olan illik inflyasiya sentyabr ayında 4,5 faizə gerilədi.

Beləliklə, ölkədə inflyasiyanın səviyyəsi Rusiya-Ukrayna müharibəsindən sonra ən aşağı səviyyəyə düşüb. Müharibədən əvvəl 4,3 faiz olan inflyasiya, enerji qiymətlərindəki artımla 2022-ci ilin avqustunda 8,8 faizə çatmışdı.

Bazarlarda gözlənti sentyabrda inflyasiyanın 4,6 faizə düşəcəyi idi. Ölkədə inflyasiyanın səviyyəsi aylıq olaraq 0,3 faiz artıb. Almaniyada ərzaq və enerji istisna olmaqla hesablanan əsas inflyasiya səviyyəsi avqustda 5,5 faizdən sentyabrda 4,6 faizə enib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı