Almaniyanın iqtisadiyyatı zəifləməyə davam edir

Flags of the Germany and the European Union. Germany Flag and EU Flag. World flag money concept.Flags of the Germany and the European Union. Germany Flag and EU Flag. World flag money concept.

Almaniya Mərkəzi Bankı (Bundesbank) ölkə iqtisadiyyatının yay aylarında daralmağa davam etdiyini və iqtisadi fəaliyyətlərin son rübdə zəif qalacağının gözlənildiyini bildirib.

BBN.az xəbər verir ki, Almaniya Mərkəzi Bankının (Bundesbank) iqtisadiyyatla bağlı dərc etdiyi oktyabr hesabatında Almaniya iqtisadiyyatının hələ də 2022-ci ilin ortalarından bəri davam edən zəif fazada ilişib qaldığı bildirilib.

Hesabatda qeyd edilib ki, hazırda iqtisadiyyatın əhəmiyyətli, geniş əsaslı və uzunmüddətli resessiya baxımından tənəzzülə girməsi gözlənilmir.

Hesabatda yazda 0,1 faiz azalan Almaniyanın ümumi daxili məhsulunun (ÜDM) ilin üçüncü rübündə yəqin ki, “yenidən bir qədər azalma” göstərəcəyi qeyd edilib.

Related posts

HSBC bankası Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandıracaq

Azərbaycanda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 60 milyard manatı keçib

“Brent”in qiyməti noyabrın 8-dən bəri ilk dəfə 75 dolları ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı