Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Almaniyanın vitse-kansleri ilə görüş keçirilib - BBN

Almaniyanın vitse-kansleri ilə görüş keçirilib

COP29 çərçivəsində Almaniyanın vitse-kansleri ilə görüşdə bərpaolunan enerji layihələri və yaşıl hidrogen sahəsində təşəbbüslər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüşüblər.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, həmçinin Almaniya ilə iqtisadi əlaqələrə, o cümlədən yaşıl enerji təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığa önəm verdiyi vurğulanıb. Ölkələr arasında ticarət, investisiya, alternativ enerji, iqlim fəaliyyəti, azad olunan ərazilərin bərpasında iştirak və digər istiqamətlər üzrə tərəfdaşlıq imkanları qeyd olunub.

Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, bərpaolunan enerji layihələrində alman şirkətlərinin iştirakı, yaşıl hidrogen sahəsində təşəbbüslər, yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq barədə müzakirə aparıblar.

Related posts

Azərbaycanda investisiya ilə bağlı yenilik

“Unibank”ın mənfəəti bölüşdürüləcək

Qlobal iqtisadi yavaşlama fonunda Mərkəzi Asiya ölkələri sürətlə böyüyür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı