Home » “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

“Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Martın 2-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib. 

Maliyyə və bank sahəsində yerli və beynəlxalq qurumların, özəl sektor nümayəndələrinin, ümumilikdə 200-ə yaxın şəxsin iştirakı ilə keçirilmiş tədbirdə KOB-ların maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiq imkanları müzakirə edilib.

Konfransda açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50%-ni, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35%-ni təşkil edir, ümumi məşğulluğun isə 60-70%-ni təmin edir. Vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99%-dən çoxu KOB subyektləridir. Bütün dünyada olduğu kimi Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi banklara üstünlük verirlər. KOB-ların maliyyələşmə imkanlarının genişləndirilməsi və bu sahədə alternativ maliyyə alətlərinin tətbiqi KOBİA-nın fəaliyyətinin prioritetlərindəndir. USAID ilə birgə təşkil edilmiş bugünkü tədbirin məqsədi də məhz KOB-ların maliyyə əlçatanlığının genişləndirilməsi sahəsində beynəlxalq təcrübə və alternativ maliyyə alətlərinin ölkəmizdə tətbiqi imkanlarını müzakirə etməkdir.

USAID-in Azərbaycan üzrə Missiya Direktoru Maykl Nirbas: “Əminəm ki, bu konfrans hamınızın məlumat paylaşa biləcəyi, yeni tərəfdaşlıqlar üçün əlaqələr qurmağınıza imkan yaradan, yeni texniki biliklər qazanacağınız və digər ölkələrin borc və kapital maliyyələşməsini necə təşkil etdiyi barədə birbaşa məlumat əldə edə biləcəyiniz platforma olacaq. Ekspertlərin iştirakı ilə baş tutacaq panellər layihə maliyyələşdirilməsi üçün müxtəlif seçimlərin aydınlaşdırılmasına da imkan yaradacaqdır”.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva təmsil etdiyi qurumun fəaliyyəti və startaplara göstərdiyi dəstək, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə alternativ maliyyələşmə barədə fikirlərini bölüşüb.

Konfrans çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişaf perspektivləri”, “KOB dəstək alətləri: zəmanət, aktivlərə əsaslanan maliyyələşmə və lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələr təşkil edilib. Panel iclaslarda qeyd olunan mövzular üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.