Alyaskada böyük miqdarda neft ehtiyatları tapılıb

ABŞ-ın Alyaska əyalətində əhəmiyyətli dərəcədə neft ehtiyatları kəşf edilib.

Bu haqda CNN Türk məlumat verib.

Neft ehtiyatlarını aşkara çıxaran “Caelus Energy” şirkətinin etdiyi açıqlamada Alyaskanın şimal qərb bölgəsində yerləşən Smith Bay adlı sahədə 10 milyard barel həcmində ehtiyat olduğu bildirilib.

Açıqlamada edilən kəşfin 6 milyard barel hissənin firmanın axtarma və istehsal etmə icazəsi olduğu bildirilib. Bunun da 30-40% arasındakı həcmi istehsal ediləcək və günlük ortalama 200 min barel xam neft istehsal olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır