Amazon-dan süni intellekt şirkəti Anthropic-ə əlavə investisiya

Amazon tərəfindən edilən açıqlamada Anthropic ilə qabaqcıl məhsuldar süni intellekt sahəsində strateji əməkdaşlıq haqqında məlumat verilib.

BBN.az xəbər verir ki, Anthropic-in Claude 3 model ailəsinin bu ayın əvvəlində açıqlayıb.Açıqlamada, modelin qabaqcıl zəka, insana bənzər reaksiya səviyyələri, inkişaf etmiş yönləndirmə və dəqiqlik və yeni görmə qabiliyyətləri nümayiş etdirdiyi ifadə edilib.

Açıqlamada həmçinin sənaye meyarlarına görə, model ailəsinin ən ağıllısı olan Claude 3 Opus, əsaslandırma, riyaziyyat və kodlaşdırmada OpenAI-nin GPT-4 də daxil olmaqla, digər mövcud modelləri üstələməklə yeni standart müəyyən edildiyi iddia edildi.

Açıqlamada, məhsuldar süni intellektin inkişafı istiqamətində əməkdaşlığın dərinləşdirildiyi, keçən ilin sentyabrında Anthropic-ə 1,25 milyard dollarlıq ilkin sərmayə qoyulmasından sonra bu gün 2,75 milyard dollarlıq əlavə sərmayə qoyularaq, Anthropic’dəki ümumi sərmayənin 4 milyard dollara artdığı bildirilib.

ABŞ mətbuatında dərc olunan xəbərdə Amazonun bu investisiyasının şirkətin otuz illik tarixində ən böyük xarici sərmayə olduğu bildirilib.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı