“Amazon”-un qurucusu dünyanın ən varlı üçüncü adamı olub

“Forbes” jurnalına görə “Amazon”-un qurucusu Jeff Bezos dünyanın ən varlı üçüncü adamı olub.

BBN.az saytı bu haqda BBC-ə istinadən məlumat verir.

Jeff Bezos “Amazon”-un səhmlərinin 18 %-nə sahibdir hansı ki onun səhmləri cımə axşamı günü 2 % dəyər qazanıb. “Forbes” -ə görə hal hazırda onun sərvəti 65,3 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, “Forbes” -ə görə hal hazırda dünyanın ən varlı iki insanı 78 milyard dollar sərvətə sahib olan  Billl Gates  və  73,1 milyard sərvətə sahib olan  Zara Amancio Ortega-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır