Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: "Əlilliyi olan şəxslərə qarşı bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində tədbirlər görülməkdədir" - BBN

AMB: “Əlilliyi olan şəxslərə qarşı bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində tədbirlər görülməkdədir”

Məlum olduğu kimi əlilliyi olan şəxslərə bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən müvafiq tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri də Mərkəzi Bankın tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Banklar Assosiasiyası (Assosiasiya) tərəfindən “Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə” İşçi Qrupunun yaradılması olmuşdur. Qeyd edək ki, İşçi Qrupunda bütün banklar təmsil olunur. İşçi Qrupunun əsas məqsədi bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək və heç bir halda ayrı-seçkiliyə yol verməməkdir.

Qeyd olunan məsələ ilə əlaqədar Mərkəzi Bank, Assosiasiya və İşçi Qrupun iştirakı ilə mütəmadi görüşlər keçirilir və əlilliyi müəyyən edilmiş şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı bütün lazımi tədbirlərin görülməsi, eləcə də onlara göstərilən xidmət səviyyəsinin artırılması mövzularında birgə müzakirələr aparılır.

Ölkənin maliyyə tənzimləyici qurumu kimi, sosial həssas əhali qrupu olan əlilliyi olan şəxslərin maliyyə xidmətlərinə maneəsiz çıxışının təmin olunmasını Mərkəzi Bank daimi əsasda diqqət mərkəzində saxlayır.

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı